Dünya

Trampın qadağasından sonra jurnalistlərin Ağ Evə girişinə icazə verilmədi

19 Sep 2026, 22:43 1 baxış Admin
Trampın qadağasından sonra jurnalistlərin Ağ Evə girişinə icazə verilmədi

Prezident Donald Trampın göstərişi ilə CNN və MS NOW xəbər kanallarının müxbirlərinin Ağ Evə girişi qadağan olunub.
"Bakupost" xəbər verir ki, bu gün səhər həmin kanalların müxbirləri Ağ Evdən geri qaytarılıb.
Buna baxmayaraq, CNN ABŞ hökuməti haqqında məlumat vermək missiyasının davam etdirəcəyini vurğulayıb.
"ABŞ Konstitusiyasına əsasən, hökumətin maneəsi və ya müdaxiləsi olmadan xəbərləri yayımlamaq hüququmuz var və bu qadağa bu fundamental hüquqa qanunsuz hücumdur", - deyə bəyanatda bildirilir.
Ağ Evə girişi rədd edilən CNN müxbiri Betsi Kleyn də bildirib ki, Məxfi Xidmət agenti ona mətbuat icazəsinin ləğv edildiyini deyib.
Digər tərəfdən, MS NOW müxbiri Akayla Qardner canlı yayımda deyib ki, Ağ Ev rəsmisi ondan "icazə kağızını" təhvil verməyisini istəyib: "Niyə içəri girə bilmədiyimi soruşdum və o, bunun onun səlahiyyətlərindən kənar olduğunu dedi".
Qeyd edək ki, Tramp sosial media hesabındakı paylaşımda CNN, MS NOW və "Politico"nun Ağ Evə girişinin qadağan edildiyini bildirib və səbəb kimi onların saxta xəbərlərin ardıcıl yayması göstərilib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər