Tramp Süni İntellekt Qüvvələrinin yaradıldığını elan etdi
19 Sep 2026, 22:03
1 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp 2019-cu ildə yaratdığı Kosmik Qüvvələrə bənzər Süni İntellekt Qüvvələrinin yaradıldığını elan etdi.
News24.az xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" şəbəkəsində yazıb.
“Prezident kimi ilk müddətimdə böyük uğurlar qazanan Kosmik Qüvvələri yaratdığım kimi, Süni İntellekt Qüvvələri də yaradıram. Bu baxımdan, yaxın gələcəkdə Süni İntellekt Qüvvələrinə lider təyin edəcəyəm. Süni intellekt yeni sənaye inqilabı və ya yeni internetdir, lakin o, daha böyük və daha təsirli olacaq, bəlkə də ölkəmizin ÜDM-nin 25%-ni əhatə edəcək. Biz Çindən və dünyanın qalan hissəsindən irəlidəyik və mən bu üstünlüyü qorumaq niyyətindəyəm!”, – o qeyd edib. (Teleqraf)
Mənbə:
news24.az