Putin gizli səfərbərliyə hazırlaşır
19 Sep 2026, 21:45
1 baxış
Admin
Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni genişləndirməyə və NATO ölkələrinə qarşı hibrid hücumları artırmağa hazırlaşmasından narahatdırlar.
"Bakupost" xəbər verir ki, bu barədə “The Telegraph” Qərb kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin iddiasına görə, Rusiya seçkilərdən sonra mümkün “gizli səfərbərlik” üçün hazırlıq aparır. Bununla belə, kəşfiyyat rəsmiləri 300 min nəfərin cəlb ediləcəyi genişmiqyaslı səfərbərlik elanını ehtimal etmirlər.
Bildirilir ki, Moskva orduya cəlbetmə fəaliyyətini gücləndirib və hərbi xidmətə cəlb ediləcək şəxslərin dairəsini genişləndirməyə çalışır.
Avropa rəsmiləri həmçinin Rusiyanın qitədə hibrid əməliyyatlarını artırdığını bildirirlər. Moskva bu iddialara hələlik münasibət bildirməyib.
Mənbə:
bakupost.az