2026-cı ildə maddi baxımdan ən şanslı 3 bürc
2026-cı ildə bəzi bürclər üçün maliyyə baxımından uğurlu dövr gözlənilir.
News24.az xəbər verir ki, astroloji proqnozlara görə, Yupiter və Saturnun təsiri bəzi bürclərin karyera və maliyyə imkanlarını genişləndirə bilər.
Maddi baxımdan 2026-cı ilin ən şanslı üç bürcü Buğa, Oğlaq və Dolça hesab olunur.
Buğa
Buğalar üçün son illər zəhmət və səbir dövrü olub. Astroloji proqnozlara görə, 2026-cı ildə bu bürcün nümayəndələri əvvəlki səylərinin nəticəsini görə bilərlər. Xüsusilə investisiya və daşınmaz əmlakla bağlı imkanların, eləcə də gözlənilən vəzifə artımının maddi vəziyyətə müsbət təsir göstərəcəyi bildirilir.
Oğlaq
İntizamlı və məqsədyönlü Oğlaqların 2026-cı ildə peşəkar həyatlarında irəliləyəcəyi iddia olunur. Yeni iş ortaqlıqları, böyük layihələr və şəxsi biznes qurmaq üçün yaranan imkanlar bu bürcün nümayəndələrinə əlavə gəlir gətirə bilər. Topladıqları vəsaiti artırmaq istəyən Oğlaqlar üçün də ilin uğurlu keçəcəyi gözlənilir.
Dolça
Dolçaların isə 2026-cı ildə ənənəvi olmayan yollarla pul qazanacağı proqnozlaşdırılır. Rəqəmsal iş, texnologiya və yeni layihələrdən gəlir əldə etmək imkanlarının artacağı bildirilir. Hətta gözlənilməz maliyyə gəlirləri və miras ehtimalı da astroloji proqnozlarda qeyd olunur.