Azərbaycan və Ermənistan xalqları ən yaxşı sülhməramlılardır - Paşinyan
25 Aug 2026, 19:05
3 baxış
Admin
Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, keçmiş prezident Robert Koçaryanın və “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın təmsil olunduğu müxalifət KTMT sülhməramlılarının ölkəyə gətirilməsini istəyir.
News24.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə “Ermənistan” və “Güclü Ermənistan” müxalifət fraksiyalarına müraciəti zamanı bildirib.
“Sizin məqsədiniz KTMT sülhməramlılarının Ermənistana daxil olmasına nail olmaqdır. Ermənistanda nə KTMT-nin, nə də hər hansı başqa xarici qüvvənin sülhməramlıları olacaq”, – hökumət başçısı vurğulayıb.
“Onlar olmayacaq, çünki artıq sülh bərqərar olub. Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır”, – Paşinyan əlavə edib.
Mənbə:
news24.az