Digər

Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq?

26 Aug 2026, 12:19 1 baxış Admin
Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq?

"Zəngəzur istiqamətində yaradılması nəzərdə tutulan "TRIPP Development Company"də ABŞ tərəfinin 74%, Ermənistanın isə 26% paya malik olması planlaşdırılır. Bu halda Ermənistanın regional dəmir yolu şəbəkəsinin gələcək idarəçiliyində ABŞ və ya ABŞ kapitalı ilə bağlı investorların marağının yaranması da təəccüblü olmazdı".
"Bakupost" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, Rusiyanın Ermənistan dəmir yolları üzərindəki konsessiya hüququnu birbaşa ABŞ tərəfinə satmağa razı olub-olmayacağı isə ayrıca sualdır:
"Qazaxıstan kimi Rusiya üçün məqbul üçüncü ölkənin bu prosesdə aralıq və ya kompromis tərəf kimi meydana çıxması da mümkün ssenarilərdən biridir. Hətta daha sonrakı mərhələdə idarəetmədə ABŞ kapitalının iştirakı ehtimalını da tam istisna etmək olmaz.
Hələlik bunlar yalnız mümkün ssenarilərdir. Amma görünən odur ki, Ermənistan dəmir yollarının gələcək operatorunun kimliyi məsələsi regiondakı yeni geoiqtisadi düzənin bir hissəsinə çevrilir".
Yasəmən, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər