Kriminal

“Niva” dərəyə aşdı - Ölən və xəsarət alan var

19 Aug 2026, 23:33 30 baxış Admin
“Niva” dərəyə aşdı - Ölən və xəsarət alan var

Şamaxıda ağır yol-nəqdliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Qızmeydan kəndi ərazisində olub.

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə zamanı 1956-cı il təvəllüdlü Şövkət Aslanova ölüb, sürücü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov isə ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//qafqazinfo.az

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər