Cəmiyyət

Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

19 Sep 2026, 20:20 1 baxış Admin
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda 4 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyət səbəbindən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər