Şahməddin Abdullayevə vəzifə verildi - FOTO
19 Sep 2026, 20:36
1 baxış
Admin
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni təyinat olub.
News24.az xəbər verir ki, bununla bağlı İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şahməddin Abdullayev İRİA-nın Data İdarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.
O, əvvəllər "PAŞA Bank"da müxtəlif vəzifələrdə, o cümlədən data əməliyyatları şöbəsinin rəhbəri, BI və data analitikası istiqamətində rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, daha əvvəl İRİA-da Data İdarəetməsi departamentinin direktoru vəzifəsində 2023-cü ildən cari ilin aprelinə qədər Kamran Ağayev işləyib. (İqtisadiyyat.az)
Mənbə:
news24.az