Dünya

Aras Buludun prokurora verdiyi ifadə ortaya çıxdı

19 Sep 2026, 20:40 1 baxış Admin
Aras Buludun prokurora verdiyi ifadə ortaya çıxdı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan aktyor Aras Bulut İynemlinin Bakırköy Cümhuriyyət Baş Prokurorluğuna verdiyi ifadəsi məlum olub. Narkotik və psixotrop maddə istifadə etmədiyini bildirən aktyor telefonunun kodunu öz razılığı ilə təqdim etdiyini vurğulayıb.
"Bakupost" Konkret.az-a istinadla xəbər verir ki, İynemli narkotik vasitələrin əldə olunması, satışı və ya bu məqsədlə pul köçürülməsi ilə hər hansı əlaqəsinin olmadığını bildirib.
Jurnalist Burak Doğanın verdiyi məlumata görə, aktyor haqqındakı iddiaları tamamilə rədd edib.
İynemli ifadəsində deyib: “Narkotik və psixotrop maddə istifadə etmirəm. Bu maddələri satdığı bilinən şəxslərlə əlaqə saxlamamışam, əldə etmək üçün vasitəçilərdən istifadə etməmişəm və heç kimə bu məqsədlə pul köçürməmişəm”.
Telefonunun yoxlanılmasına könüllü razılıq verən aktyor cihazda əlavə şifrələmə olmadığını qeyd edib:
“Cihazımda yalnız ekran kilidi var və bu kodu öz razılığımla təhvil verirəm”.
Sosial mühiti və qatıldığı tədbirlərlə bağlı sualları cavablandıran İynemli evdə, açıq-qapalı məkanlarda, yaxta və ya katerlərdə əyləncə məqsədli partilər təşkil etmədiyini vurğulayıb.
O, həmçinin narkotik istifadə olunan festival, bar, kafe və ya konsert mühitlərində olmadığını, heç kimə bu cür maddələri təklif və ya qonaqlıq etmədiyini diqqətə çatdırıb.
“Peşmanlıq müddəalarından faydalanacaq bir cinayət törətmədiyim üçün bu çərçivədən yararlanmaq istəmirəm”, – deyə aktyor ittihamları qəbul etmədiyini bir daha təkrar edib.
İstintaq çərçivəsində İynemlinin ifadesi ilə yanaşı, digər sübutlar və aparılan məhkəmə-hüquq əməliyyatları da qiymətləndirilir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər