"İstefa verməyi səbirsizliklə gözləyirəm" – Vuçiç
Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib.
News24.az xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkən deyib.
"Bu mənim üçün asan olacaq. Mən ən çox xalqımın arasında olmağa sevinirəm. Öhdəliyim "Karpat təşəbbüsü"nə getmək, Nyu-Yorka səfər etmək və orada bir çox liderlərlə görüşməkdir. Amma geri qayıtmağı və sentyabrın 28-də, istefa verdikdən sonra avtomobilimə minib öz xalqımın arasına qarışmağı səbirsizliklə gözləyirəm", – Vuçiç bildirib.
Daha əvvəl Aleksandar Vuçiç 27 sentyabrda istefa verəcəyini açıqlayıb. Serbiya Prezidenti sentyabrın 9-da parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. (Report)