FES faizləri dəyişməyəcək
19 Aug 2026, 13:50
26 baxış
Admin
ABŞ-də açıqlanan zəif iqtisadi göstəricilər Federal Ehtiyat Sisteminin (FES) bu il faiz artıracağı ilə bağlı gözləntiləri zəiflədib.
“Bakupost” xəbər verir ki, iyul ayında ABŞ-də inflyasiya və istehlak tələbi zəifləyib, 23 min iş yeri itirilib, pərakəndə satışlar isə kəskin azalıb.
Bu göstəricilər fonunda investorların sentyabrda faiz artımı gözləntiləri də azalıb. Bazar iştirakçıları artıq FES-in 2027-ci ildə faiz endirməsi ehtimalına qarşı mövqelərini gücləndirirlər.
Bununla yanaşı, uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliyi yüksək olaraq qalır.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az