Tərtərdə avtomobil iki qadını vuraraq öldürdü
19 Aug 2026, 09:29
21 baxış
Admin
Tərtər rayonunda avtomobil iki qadını vuraraq öldürüb.
News24.az xəbər verir ki, hadisə avqustun 18-də baş verib.
Belə ki, Zülfüqar Bayramovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil Ağdam-Bərdə magistral avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində Mahirə Qədimova və Cəmilə Zeynalovanı vurub.
Hadisə nəticəsində hər iki piyada ölüb.
Faktla bağlı araşdırma aparılır./Trend
Mənbə:
news24.az