Kriminal

18 min nəfər kahıdan parazitə yoluxdu

04 Aug 2026, 18:08 2 baxış Admin
18 min nəfər kahıdan parazitə yoluxdu

ABŞ-də 18 mindən çox insanın yoluxduğu və şiddətli ishala səbəb olan siklosporiaz epidemiyası nəticəsində Miçiqan ştatında 2 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, Miçiqan Səhiyyə və İnsan Xidmətləri Departamenti ştatda siklosporiaz xəstəliyinə yoluxanların sayının 11 234 nəfərə çatdığını açıqlayıb.

Parazit mənşəli bu bağırsaq xəstəliyi səbəbindən iyulun 30-dan indiyədək ştatda 193 nəfər xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, xəstəliklə yanaşı digər ciddi sağlamlıq problemləri olan 2 nəfərepidemiya nəticəsində vəfat edib.

Ştat rəsmiləri epidemiya ilə bağlı araşdırmaları davam etdirirlər. İlkin ehtimallara görə, yoluxmanın mənbəyi kahı və ya digər yaşıl yarpaqlı tərəvəzlər ola bilər.

Miçiqanda vəfat edən həmin iki nəfər ABŞ üzrə çirklənmiş qida məhsullarından qaynaqlanan və şiddətli ishala səbəb olan bu epidemiya nəticəsində qeydə alınan ilk ölüm halları hesab olunur.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri iyulun 30-da ölkənin 45 ştatında qeydə alınan siklosporiaz hallarının sayının 18 mini keçdiyini açıqlayıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər