İdman

Messinin jesti gündəm oldu: İspaniyaya 80 min avro bağışladı

04 Aug 2026, 19:12 3 baxış Admin
Messinin jesti gündəm oldu: İspaniyaya 80 min avro bağışladı

ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi İspaniyada meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib.

News24.az xəbər verir ki, bu barədə Madrid Muxtar İcmasının rəhbəri İsabel Dias Ayuso "X" sosial şəbəkəsində məlumat yayıb.

Ayuso bildirib ki, argentinalı futbolçu bölgənin bərpasına dəstək məqsədilə maliyyə yardımı göstərib.

"Leonel Messi 80 min avro ianə edib. Ona təşəkkür etmək istəyirəm. Biz, madridlilər, onu tezliklə burada qəbul etməyi və ona layiq olduğu alqışlarla təşəkkür etməyi ümid edirik", - deyə Ayuso qeyd edib. (Report)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər