Cəmiyyət

Bakıda 9 yeni metro stansiyası inşa ediləcək -

04 Aug 2026, 19:20 2 baxış Admin
Bakıda 9 yeni metro stansiyası inşa ediləcək -

"Bakı metropoliteni yeni 9 stansiyanın tikintisinə başlayacaq".
"Bakupost" xəbər verir ki, bu barədə "Oxu.az"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, hazırda bununla bağlı danışıqlar aparılır:
"Bənövşəyi" xətt üzrə 5, "yaşıl" xətt üzrə isə 4 stansiyanın tikintisindən söhbət gedir. Yaxın vaxtlarda həmin stansiyaların tikintisi üzrə müsabiqə elan olunacaq.
Müsabiqənin qalibləri müəyyən ediləndən sonra stansiyaların tikintisinə start veriləcək.
Stansiyaların tikintisinə gələn ildən başlanacaq. 9 stansiya 2030-cu ilə qədər tikilib istifadəyə veriləcək".
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər