Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Avtomobillər aşdı - Video
23 Sep 2026, 12:39
1 baxış
Admin
Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.
News24.az xəbər verir ki, “Masazır dairəsi” adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub.
Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılaraq aşıb.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Əlavə məlumat veriləcək.
Mənbə:
news24.az