Cəlilabadda avtomobil at arabası ilə toqquşdu, xəsarət alanlar var
22 Sep 2026, 22:36
2 baxış
Admin
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Müqabil Nağıyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili at arabası ilə toqquşub.
Qəza nəticəsində üç nəfər Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır. (APA)
Mənbə:
news24.az