Dünya

"Yuventus" cərimələndi - SƏBƏB

22 Sep 2026, 23:32 3 baxış Admin
"Yuventus" cərimələndi - SƏBƏB

İtaliyanın İdman Məhkəməsi A Seriyasının 5-ci turunda "Atalanta" ilə matçdan əvvəl baş verənlərə görə "Yuventus" klubunu 10 min avro məbləğində cərimələyib.


"Bakupost" xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Martsio sosial şəbəkələrdə bildirib.
Buna səbəb Turin klubunun bir qrup azarkeşinin davranışı olub. Onlar "İnter"də çıxış etmiş İtaliya futbolunun əfsanəsi Sandro Matsolanın xatirəsinə həsr olunmuş birdəqiqəlik sükuta riayət etməyiblər.
Qeyd olunur ki, "Yuventus" klubu baş verənləri dərhal və açıq şəkildə pislədiyi, stadiondakı digər azarkeşlər isə qayda pozanların hərəkətlərinə qatılmadıqları üçün cəza yüngülləşdirilib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər