Kriminal

Sürücü yuxulayıb maşını aşırdı - Heyvanlar tələf oldu

23 Sep 2026, 08:30 1 baxış Admin
Sürücü yuxulayıb maşını aşırdı - Heyvanlar tələf oldu

Ağdərə rayonunda yük avtomobilinin aşması nəticəsində heyvanlar tələf olub.

News24.az xəbər verir ki, hadisə rayonun Çardaxlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “MAN” markalı, 25-BK-698 dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olarkən sürücü sükan arxasında yuxulayıb. Nəticədə idarəetmədən çıxan avtomobil yol kənarına aşırıb.

Qəza zamanı avtomobilin yük yerində daşınan xırdabuynuzlu və iribuynuzlu heyvanların bir neçəsi tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər