Azərbaycan millisi bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
23 Sep 2026, 09:39
1 baxış
Admin
Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
News24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma 8-ci km qəsəbə stadionunda, saat 20:00-da start götürəcək.
Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək.
Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.
Mənbə:
news24.az