"Araz-Naxçıvan"-nın yeni məşqçisi o olacaq
22 Sep 2026, 15:08
3 baxış
Admin
Xəbər verdiyimiz kimi, "Araz-Naxçıvan" klubu baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılovla yollarını ayırıb.
News24.az xəbər verir ki, klub ukraynalı məşqçi Yuri Maksimovla müqavilə imzalayacaq.
Məlumata görə, Maksimov “Araz Naxçıvan” klubundan gələn təklifi qəbul edib.
Xatırladaq ki, 6 turdan sonra Naxçıvan təmsilçisi Premyer Liqada 12-ci, sonuncu pillədə qərarlaşıb.
57 yaşlı ukraynalı mütəxəssisə gəlincə, o, daha əvvəl də Azərbaycanda çalışıb.
O, 2017-ci ildə “Keşlə” ilə Azərbaycan Kubokunun qalibi olub. Finalda onun komandası Roman Qriqorçukun çalışdırdığı “Qəbələ”yə qalib gəlib. /TaToTake/
Mənbə:
news24.az