Ayılar şəhəri mühasirəyə aldı
Rusiyanın Xakasiya Respublikasının cənubundakı Abaza şəhəri ayıların hücum təhlükəsi ilə üz-üzə qalıb.
News24.az xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik “Maks” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Abaza şəhəri faktiki olaraq ayıların “mühasirəsində” qalıb.
Ayılar şəhərin müxtəlif istiqamətlərindən yaşayış məntəqəsinə daxil olublar.
Buçenik bildirib ki, bir neçə ayını şəhərdən uzaqlaşdırmaq mümkün olub. Daha üç ayı isə ovçular tərəfindən öldürülüb. Onlardan birinin xüsusilə iri olduğu qeyd edilib. Digər ayı qaçarkən bağ evlərinin yaxınlığında hasarı dağıdıb.
Mütəxəssislərin sözlərinə görə, Sibirin və Rusiyanın Uzaq Şərqinin bir sıra bölgələrində ayıların bu mövsümdə yaşayış məntəqələrinə daha çox yaxınlaşması tayqada qida çatışmazlığı, meşə yanğınları və qanunsuz tullantı poliqonları ilə əlaqəlidir.