Dünya

Trampdan Zelenski ilə görüşdə müharibə ilə bağlı AÇIQLAMA

23 Sep 2026, 00:25 2 baxış Admin
Trampdan Zelenski ilə görüşdə müharibə ilə bağlı AÇIQLAMA

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli iclası çərçivəsində ikitərəfli görüş keçiriblər.

News24.az xəbər verir ki, qapalı formatda keçirilən görüş 40 dəqiqə davam edib.

Görüşün əvvəlində jurnalistlərə qısa açıqlama verən Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün razılaşmanın əldə olunacağına inandığını bildirib.

“Biz həll yolu tapmağa çalışırıq. Düşünürəm ki, bu baş verəcək”, – deyə ABŞ Prezidenti qeyd edib.

Zelenski isə Trampın müharibənin qış gələnədək başa çatdırılmasına kömək edəcəyinə ümid etdiyini deyib.

“Ümid edirəm ki, bu müharibəni başa çatdıracağıq və Prezident Tramp bizə buna kömək edəcək. Düşünürəm ki, bunu qış gələnədək mümkün qədər tez etməliyik”, – Zelenski vurğulayıb.

Tramp Ukraynanın bütün ərazilərini geri qaytarmasının mümkün olub-olmadığı və sülh naminə ərazi güzəştlərinə gedib-getməməsi ilə bağlı suala konkret cavab verməyib. O, tərəflərin razılaşma əldə edəcəyini düşündüyünü bildirib.

Görüş zamanı Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına dair lisenziya məsələsinin də müzakirə olunacağı bildirilib. Tramp bu mövzunun görüşdə müzakirə ediləcəyini deyib.

ABŞ Prezidenti Ukraynanın Rusiyanın neft emalı sənayesinə endirdiyi zərbələri də şərh edib. Onun sözlərinə görə, bu, Rusiya üçün ciddi zərbədir və dizel yanacağının qiymətinə də təsir göstərib.

Tramp həmçinin Vladimir Putin və Vladimir Zelenskinin iştirakı ilə Mayamidə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyü barədə suala cavab verib. O, belə bir görüşün baş tutub-tutmayacağını bilmədiyini, lakin Putinin müharibənin başa çatmasını istədiyini bildirib.

Zelenski daha əvvəl Rusiyaya enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan “enerji atəşkəsi” təklif etdiklərini açıqlamışdı. Ukrayna Prezidenti Nyu-York görüşündə enerji və ərzaq təhlükəsizliyi məsələləri üzrə nəticə əldə etməyə ümid etdiyini də bildirmişdi. (UNİAN)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər