Hamamda səbətə ehtiyac qalmayacaq – yeni üsul
Çirkli paltar səbəti uzun illərdir evlərin, xüsusilə də hamam otaqlarının adi əşyalarından biri olub, lakin kiçik hamamlarda bu səbətlər həm yer tutur, həm də interyerin görünüşünü poza bilir.
News24.az xəbər verir ki, müasir yanaşmada çirkli paltarların saxlanması üçün qapalı dolablardan istifadə edilir. İlk baxışdan adi mebel kimi görünən bu dolabların içərisində çirkli paltarlar üçün xüsusi bölmə yerləşdirilir. Beləliklə, corab və dəsmalların göz önündə qalmasının qarşısı alınır və hamam daha səliqəli görünür.
Divara quraşdırılan modellər isə adətən istifadə olunmayan sahədən yararlanmağa imkan verir və otaqda əlavə yer tutmur. Dolabın üzərindən kosmetika və digər xırda əşyaların saxlanması üçün də istifadə etmək mümkündür.
Bu üsul yalnız hamam üçün deyil, yataq otağı, qarderob və dəhliz üçün də uyğun hesab olunur.