Nəriman Axundzadənin yeni komandası bəlli oldu
04 Aug 2026, 00:18
2 baxış
Admin
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyə Superliqası təmsilçisi "Ərzurumspor"da davam etdirəcək.
News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə 23 yaşlı hücumçu ilə ilkin razılıq əldə olunduğu, onunla Türkiyəyə gəldikdən sonra rəsmi müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevral ayında ABŞ-nin "Kolambus Kryu" klubuna transfer olunub. O, MLS təmsilçisinin heyətində fərqlənə bilməyib.
Mənbə:
news24.az