Flora Kərimovanın nəvəsi evlənir
03 Aug 2026, 11:08
2 baxış
Admin
Xalq artisti Flora Kərimova nəvəsi Faiqin ailə qurması münasibətilə onu təbrik edib.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşdığı videoda səhhəti ilə əlaqədar toy mərasimində iştirak edə bilmədiyini bildirib. O, cütlüyə hədiyyə göndərdiyini də qeyd edib.
Flora Kərimova paylaşımında oğlu Oqtaya və nəvəsi Faiqə xitab edərək onlara xoş arzularını çatdırıb:
“Oğlum, qürurum, şərəfim Oqtay… Sevincini, arzunu, ürəyini bilirəm, oğul. Sevincinə sənin qədər sevinirəm. Dualarımla hər zaman yanındayam.
Nəvəm Faiq! Bu gün sən təkcə ömür yolunda yeni bir səhifə açmır, həm də adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan. Qoy sevginiz ömrünüzdən uzun, eviniz ürəyiniz qədər işıqlı, taleyiniz isə xeyir-dualar qədər saf olsun. Bir-birinizə hər zaman dayaq, sirdaş və əsl həyat yoldaşı olasınız. Öpürəm səni, Faiqim! Sizə sonsuz xoşbəxtlik, ailə səadəti və bərəkətli bir ömür arzulayıram. Sevgilərlə, Flora anan, nənə”.
Mənbə:
bakupost.az