Şahmatçımız beynəlxalq turnirdə çempionluğu təmin etdi
14 Jun 2026, 22:33
9 baxış
Admin
Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.
News24.az xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub. 7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.
Nəticədən asılı olmayaraq Məhəmməd Muradlı yarışda birinci pilləni qoruyacaq
Mənbə:
news24.az