Bəhlul Mustafazadə yenə əməliyyat olundu
17 Sep 2026, 17:57
1 baxış
Admin
“Qarabağ”ın və Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Bəhlul Mustafazadə təkrar cərrahi əməliyyat olunub.
"Bakupost" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Təcrübəli futbolçunun əvvəllər əməliyyat olunan ayağında yenidən narahatlıq meydana gəldiyi üçün həkimlər təkrar cərrahi müdaxiləyə lüzum görüblər.27 yaşlı müdafiəçinin təxminən 4 həftədən sonra bərpa mərhələsinə başlayacağı gözlənilir.
Qeyd edək ki, Bəhlul Mustafazadə cari ilin fevral ayından zədədən əziyyət çəkir.
Mənbə:
bakupost.az