İsveç baş naziri istefa verdi
17 Sep 2026, 18:52
1 baxış
Admin
İsveç Baş naziri Ulf Kristersson parlament seçkilərində müxalifət partiyasının qələbəsindən sonra istefa verdiyini açıqlayıb.
“Bakupost” xəbər verir ki, o bu xəbəri “X” hesabında bölüşdü.
Kristersson parlament sədrinə ünvanladığı məktubda “Baş nazir vəzifəsindən azad olunmağımı xahiş edirəm”, - deyə yazıb.
Siyasətçi məktubun mətnini sosial şəbəkədə paylaşıb.
“Reuters” agentliyinin məlumatına görə, sentyabrın 13-də İsveç parlamentində mərkəz-sol blokda təmsil olunan müxalifət partiyaları 176, hakim mühafizəkar blok isə 173 yer qazanıb. Bu bloka Sosial-Demokrat Fəhlə Partiyası, Sol Partiya və Yaşıllar Partiyası, həmçinin sosial-demokratları dəstəkləyən Mərkəz Partiyası daxildir.
Mənbə:
bakupost.az