Yerdən cəmi 28 işıq ili uzaqlıqda yeni kəşf
23 Nov 2026, 13:59
1 baxış
Admin
Astronomlar Yerdən 28 işıq ili uzaqlıqda iki ağ ulduz və bir qırmızı ulduzdan ibarət üçulduzlu sistem aşkar ediblər. “Welopoʻai” adlandırılan sistem ulduzların təkamülü ilə bağlı mövcud nəzəriyyələri sual altına qoyur.
“Bakupost” xəbər verir ki, Kanadanın Monreal Universitetinin alimləri sistemi mümkün planetləri araşdırarkən təsadüfən aşkar ediblər.
“Gemini North” teleskopu vasitəsilə aparılan müşahidələr nəticəsində sistemdəki iki ağ ulduzdan biri müəyyən edilib. Digər ağ ulduz isə əvvəldən məlum olub.
Alimləri təəccübləndirən əsas məqam qırmızı ulduzun digər ulduzun genişlənməsi zamanı udulmadan sağ qalmasıdır. Tədqiqatçılar sistemin necə formalaşdığını hələ izah edə bilmirlər.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az