İdman

Lamin Yamal Bakıya gəlməyəcək - Qərar

23 Nov 2026, 14:10 1 baxış Admin
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar

Ulduz futbolçu Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində "Sabah"la oyun üçün Bakıya gəlməyəcək.
"Bakupost" xəbər verir ki, bu barədə "Diario Sport" saytı məlumat yayıb.
Bildirilib ki, komandanın baş məşqçisi Hans-Diter Flik ona istirahət verib.
"Yamal istirahət etmək və qarşıdakı görüşlərə tam hazır vəziyyətdə olmaq üçün Barselonada qalacaq. Qərar klubla qarşılıqlı razılaşma əsasında qəbul edilib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.​
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər