İdman

PSJ-nin futbolçusunun evinə qarət cəhdi – ağır zədə aldı

23 Nov 2026, 11:45 1 baxış Admin
PSJ-nin futbolçusunun evinə qarət cəhdi –  ağır zədə aldı

Naməlum şəxslər noyabrın 22-nə keçən gecə Fransanın PSJ klubunun hücumçusu Desir Duenin evinə qarət etməyə cəhd göstəriblər.

News24.az-ın “Le Parisien” nəşrinə istinadən verdiyi məlumata görə, bir neçə nəfər futbolçunun Orjeval şəhərində yerləşən malikanəsinin həyətinə daxil olub. Lakin evdə adam olduğunu anlayan şəxslər hadisə yerindən qaçıblar.

Futbolçu Nitsadan qayıdarkən jandarmlar artıq hadisə yerində olublar. Araşdırma zamanı evə məcburi daxilolma əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, qarət cəhdi PSJ-nin “Nitsa” ilə qarşılaşdığı gün baş verib. Paris təmsilçisi görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Desir Due matçın 32-ci dəqiqəsində qol vursa da, fasiləyə qədər zədələnərək meydanı xərəkdə tərk edib.

PSJ bazar günü futbolçunun sağ dizinin ön çarpaz bağının qırıldığını rəsmən təsdiqləyib. Onun noyabrın sonunadək əməliyyat olunacağı bildirilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər