Kriminal

Xilasedicilər bağlı qapını açdı - Yatıb qalan 3 yaşlı uşaq qurtuldu

11 Nov 2026, 22:34 16 baxış Admin
Xilasedicilər bağlı qapını açdı - Yatıb qalan 3 yaşlı uşaq qurtuldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq yatmış vəziyyətdə aşkar olunan 2023-cü il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər