Cəmiyyət

Xoşqədəm Hidayətqızı nə işlə məşğuldur?

06 Nov 2026, 01:14 2 baxış Admin
Xoşqədəm Hidayətqızı nə işlə məşğuldur?

Tanınmış jurnalist və teleaparıcı Xoşqədəm Hidayətqızı son dövrlər fəaliyyəti ilə yenidən diqqət mərkəzinə düşüb. Televiziya layihələri ilə yanaşı, mətbuat və sosial şəbəkələrdəki aktivliyi ilə də gündəmə gələn jurnalistin hazırda hansı işlərlə məşğul olduğu maraq doğurur.


"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, müəllifi olduğu “Səni axtarıram” verilişi bağlansa da, Xoşqədəm Hidayətqızı jurnalistikadan tamamilə uzaqlaşmayıb. O, “Üç nöqtə” qəzetinin baş redaktoru kimi fəaliyyətini davam etdirir.
Son günlər Xoşqədəm sosial şəbəkələrdə də xeyli fəallaşıb. Bir neçə gün əvvəl spikerlə qalmaqal yaşayan deputat Aqil Abbasın müdafiəsinə qalxaraq onunla bağlı paylaşımlara şərhlər yazıb.
Ümumiyyətlə, jurnalist "Facebook"da müxtəli mövzulara dair paylaşımlara tez-tez münasibət bildirir. Məsələn,bir neçə gün öncə səhiyyə naziri Anar Bayramovla bağlı bir paylaşımın altında da fikirlərini bölüşüb.
O, şərhində “Bu nazir ancaq yerdəyişmələrlə məşğuldur. Dostlarını vəzifəyə gətirir. Bu yaxınlarda birini təyin etdi” sözlərini yazıb.
Jurnalistin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə özünəməxsus münasibəti maraqla qarşılanır.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər