Kriminal

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

06 Nov 2026, 00:02 1 baxış Admin
Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Toyota” və “VAZ 21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər - 68 yaşlı Vaqif Məmmədəliyev və 31 yaşlı Aysel Lətifzadə xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər