Maraqlı

Geyindiyi corabları 2 min dollara satmaq istəyən blogerə cinayət işi açıldı

06 Nov 2026, 00:17 2 baxış Admin
Geyindiyi corabları 2 min dollara satmaq istəyən blogerə cinayət işi açıldı

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi geyindiyi corablarını satışa çıxarıb əldə edəcəyi gəliri dövlət himayəsindəki uşaqlara bağışlayacağını bildirən sosial şəbəkə fenomeni Ersan Diamond barəsində şikayət verib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, fenomenin futbol oyununda geyindiyi corabları 12 min dollara satışa çıxardığını və gəliri uşaqlara bağışlayacağını açıqlaması ictimai müzakirələrə səbəb olub.

Nazirliyin yaydığı açıqlamada dövlət himayəsindəki uşaqların işlənmiş corabların satışından əldə ediləcək gəlirlə əlaqələndirilməsinin və bu prosesin nazirliyin rəsmi sosial şəbəkə hesabları işarələnərək nümayiş etdirilməsinin qəbuledilməz olduğu bildirilib.

Qurum paylaşımın Türkiyə Cinayət Məcəlləsinin 301.1-ci maddəsi - Türkiyə Respublikasını açıq şəkildə alçaltma maddəsi üzrə qiymətləndirilməsi xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Nazirlik, həmçinin, məzmunun silinməsini və ona girişin məhdudlaşdırılmasını istəyib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər