Dünya

Paraqvay prezidenti Santyaqo Penya istefa verdi

05 Nov 2026, 22:39 2 baxış Admin
Paraqvay prezidenti Santyaqo Penya istefa verdi

Paraqvay prezidenti Santyaqo Penya Ueno Bankın iflasından sonra istefa verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, bankın təxminən 3 milyon müştərisinin hesabları dondurulub.

Penya qərarını ölkədə sabitliyin, ictimai asayişin və demokratik institutların qorunması zərurəti ilə əsaslandırıb. O, vətəndaşlardan üzr istəyərək əmanətlərin geri qaytarılmasına və dövlət vəsaitlərinin qorunmasına nail olunmasının əsas prioriteti olduğunu bildirib.

Paraqvay Konstitusiyasına əsasən, prezident istefa verdikdə onun səlahiyyətlərini vitse-prezident icra etməlidir.

Prezidentin istefası parlamentdə Ueno Bankla bağlı mümkün maraqlar toqquşmasına görə onun impiçmenti məsələsinin müzakirə edildiyi vaxta təsadüf edib.

Qeyd edək ki, Paraqvay Mərkəzi Bankı əvvəlcədən xəbərdarlıq etmədən Ueno Banka xarici idarəetmə tətbiq edib və nəticədə bütün hesablar dondurulub. Paraqvayın əhalisinin təxminən 7 milyon nəfər olduğu bildirilir.


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər