Hər doğulan uşağa 1500 manat veriləcək - AÇIQLAMA
04 Nov 2026, 20:45
1 baxış
Admin
2027-ci ildən uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata, 3 yaşınadək uşağa qulluğa görə aylıq müavinətin isə 37 manat 58 qəpikdən 100 manata çatdırılması proqnozlaşdırılır.
Məlum olduğu kimi, uşağın dünyaya gəlməsi və böyüdülməsi ailələrdən ciddi maddi vəsait tələb edir.
Bu baxımdan, müavinətlərin artırılması sosial dəstəyin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı AZXEBER.COM-a danışan deputat Fazil Mustafa müavinətlərin artırılmasını müsbət addım kimi dəyərləndirib:
"Bu, əslində, çox müsbət bir dəyişiklikdir. Müəyyən sahələrdə azalmalar nəzərdə tutula bilər. Lakin bu, insan həyatı və demoqrafik vəziyyətlə birbaşa bağlı olan sahədir. Ona görə də müavinətin artırılmasını çox müsbət addım hesab edirəm. Düşünürəm ki, bu dəyişiklik yeni ailələrin stimullaşdırılmasına, uşaqların sayının artmasına da öz köməyini göstərəcək”.
Mənbə:
bakupost.az