Rafet El Romanın azərbaycanlı nişanlısı görün kimdir - Foto
24 Oct 2026, 22:06
1 baxış
Admin
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub.
News24.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o, tibb bacısı kimi çalışır.
Cütlüyün 2020-ci ildə, pandemiya dövründə tanış olduğu iddia edilir.
Qeyd edək ki, Rafet daha əvvəl iki dəfə evli olub və üç övladı var.
Mənbə:
news24.az