"Neftçi" doğma meydanda "Turan Tovuz"u məğlub edə bilmədi - Video
24 Oct 2026, 21:47
1 baxış
Admin
Misli Premyer Liqasının IX turunda "Neftçi" "Turan Tovuz"la qarşılaşıb.
News24.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Ev sahibi komandanın heyətində Breno Almeyda 44-cü dəqiqədə, qonaqların heyətində isə Aleksa Yankoviç 77-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra "Neftçi" 18 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Turan Tovuz" isə 15 xalla dördüncü yerdədir./oxu.az
Mənbə:
news24.az