Xalq artisti sağalmaz xəstəliyindən danışdı
24 Oct 2026, 14:01
1 baxış
Admin
Rusiyanın Xalq artisti müğənni Filipp Kirkorov uzun illərdir ikinci tip şəkərli diabetdən əziyyət çəkir.
News24.az xəbər verir ki,sənətçi xəstəliyinə baxmayaraq, səhhətini nəzarətdə saxlamağa çalışdığını deyib.
“Məndə ikinci tip diabet var. İynə ilə müalicə alıram. Bir neçə il əvvəl şəkərim yüksəldiyi üçün müalicə aldım, səhhətimi düzəltdim. Hazırda şəkərim normaldır. Etibarlı əllərdəyəm”, – deyə müğənni bildirib.
Məlumata görə, Kirkorovun səhhəti ilə bağlı narahatlıqlar hələ ötən il, aldığı yanıq xəsarətinin uzun müddət sağalmamasından sonra yaranıb. Daha sonra onun şəkərli diabetdən əziyyət çəkdiyi bəlli olub.
Qeyd edək ki, ikinci tip şəkərli diabet xroniki xəstəlikdir. Müvafiq müalicə və tibbi nəzarət sayəsində onu idarə etmək mümkündür.
Mənbə:
news24.az