Şou biznes

Conidə nadir genetik xəstəlik aşkarlandı

23 Oct 2026, 13:56 1 baxış Admin
Conidə nadir genetik xəstəlik aşkarlandı

Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı müğənni Conidə (Cahid Hüseynli) nadir genetik xəstəlik — Aralıq dənizi qızdırmasının aşkarlandığı bildirilib.

News24.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, müğənni sentyabr ayında xəstəxanaya yerləşdirildikdən sonra kəskin şəkildə arıqlayıb və hərarətinin yüksəlməsindən şikayət edib. Hazırda onun ev şəraitində müalicə aldığı iddia olunur.

Məlumata görə, 30 yaşlı sənətçidə aparılan genetik test nəticəsində ailəvi Aralıq dənizi qızdırması aşkarlanıb. Bu xəstəlik yüksək hərarət, əzələ, oynaq və qarın ağrıları ilə müşayiət olunan tutmalara səbəb olur. İltihabi tutmalar infeksiya olmadan da baş verə bilər.

Bununla belə, müğənninin nümayəndələri “Mash”a açıqlamalarında onun səhhətində heç bir problemin olmadığını bildiriblər.

Qeyd olunub ki, bu xəstəliyə ən çox Aralıq dənizi hövzəsi və Cənubi Qafqaz sakinləri arasında rast gəlinir. Təxminən hər 500–1000 nəfərdən birində müşahidə olunur. Şimali Avropada isə xəstəliyin yayılma tezliyi xeyli aşağıdır — təxminən hər 48 min nəfərdən birində rast gəlinir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər