"Üçtərəfli danışıqlar Əbu-Dabidə keçiriləcək" - Peskov tarixi açıqladı
23 Oct 2026, 14:56
1 baxış
Admin
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın birinci yarısında Əbu-Dabidə keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putin üçtərəfli danışıqların mövzusunu müəyyənləşdirib. Söhbət sülh yolu ilə nizamlanmaya nail olunduqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələlərindən gedir.
Peskov qeyd edib ki, Ukrayna ilə bağlı danışıqlarda Avropa İttifaqının xüsusi nümayəndəsinin iştirakının məqsədəuyğunluğu Brüsselin tutacağı mövqedən asılıdır.
“Heç nəyi istisna etmək olmaz, lakin noyabrın birinci yarısına planlaşdırılan Əbu-Dabi danışıqları üçtərəfli formatda keçiriləcək”, – deyə Peskov bildirib.
Mənbə:
news24.az