Kriminal

Ələt-Astara yolunun yaxınlığında açıq ərazi yanır

23 Oct 2026, 15:50 1 baxış Admin
Ələt-Astara yolunun yaxınlığında açıq ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə News24.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər