Gəncədə 3 maşın və təcili yardım toqquşdu
23 Oct 2026, 16:52
1 baxış
Admin
Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
"Bakupost" APA-ya istinadla xəbər verir ki, MAN, VAZ-21099, BMV və "Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Məlumata görə, xəsarət alanlar VAZ-21099-da olan şəxslərdir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
bakupost.az