760 min dollarlıq brilyant sırğaları oğurlayıb uddu
ABŞ-də bir kişi zərgərlik mağazasından 760 min dollar dəyərində brilyant sırğaları oğurladıqdan sonra onları udub.
News24.az xəbər verir ki, “WKMG” telekanalının məlumatına görə, Ceytan Gilder adlı şəxs basketbolçu üçün zinət əşyaları seçmək bəhanəsi ilə mağazaya gəlib. O, danışıqlar zamanı brilyant sırğaları götürərək mağazadan qaçmağa çalışıb.
Polis qısa müddət sonra onun avtomobilini tapıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları kişinin bəzi əşyaları udduğunu görsələr də, buna mane ola bilməyiblər. Sonradan aparılan müayinə zamanı udulan əşyaların oğurlanmış sırğalar olduğu müəyyənləşib.
Sırğalar təbii yolla bədəndən çıxdıqdan sonra təmizlənərək yoxlanılıb. Zərgərlik mağazasının baş zərgəri daşların seriya nömrələrinin oğurlanmış əşyalara aid məlumatlarla uyğun gəldiyini təsdiqləyib.