Dünya

ABŞ-nin Ukrayna ilə bağlı yeni planı: Avropa qətiyyən razılaşmır

23 Oct 2026, 13:59 1 baxış Admin
ABŞ-nin Ukrayna ilə bağlı yeni planı: Avropa qətiyyən razılaşmır

Vaşinqton Ukraynadakı müharibəyə son qoymaq üçün hərtərəfli sülh müqaviləsinin yenilənmiş planlarını açıqlayıb.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, plan hər iki tərəfdən əhəmiyyətli güzəştlər və Moskva ilə Qərb arasında bəzi iqtisadi əlaqələrinin yenidən qurulmasını nəzərdə tutur. Kiyevə Avropa Birliyinə sürətli qoşulma və dağıdılmış iqtisadiyyatını bərpa etmək üçün genişmiqyaslı beynəlxalq investisiya proqramı təklif olunur. Ukrayna üçün əsas qarşılıqlı şərt isə Şimali Atlantika Alyansına (NATO) inteqrasiya olmaq istəyindən rəsmi şəkildə imtina etmək olacaq.
Sülh paketinin bir hissəsi olaraq, Moskvaya Donbasın hazırda Rusiya silahlı qüvvələrinin nəzarəti altında olmayan hissəsində silahsızlaşdırılmış zonanın yaradılması təklif olunur. Bundan əlavə, plan sanksiyaların tədricən yumşaldılmasını, Qərb ölkələri ilə ticarət və iqtisadi əlaqələrin tədricən bərpasını nəzərdə tutur.
Layihədə həmçinin mövcud olan “Şimal Axını” qaz kəməri infrastrukturunun yenidən açılması və başlaması da daxil olmaqla, Avropa Birliyi ölkələrinə Rusiya təbii qazının birbaşa tədarükünün potensial olaraq bərpa edilməsi də nəzərdə tutulur.
Lakin Amerikadan gələn bu təkliflər Avropa müttəfiqləri tərəfindən o qədər də həvəslə qarşılanmayıb.
Məlumatlara görə, Aİ nümayəndələri Moskvadan enerji asılılığına qayıtmaq təklifini rədd edərək, şaxələndirməyə üstünlük verdiklərini vurğulayıblar.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər