"Gecə eşitdik ki, dava düşüb, bıçaqla vurmuşdu" - Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI
24 Oct 2026, 14:10
1 baxış
Admin
Bakıda kafelərin birində kütləvi dava baş verib.
News24.az xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər.
Nəticədə, bir nəfər həyatını itirib. Qətlə yetirilən Ceyhun adlı şəxsin “Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.
Hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.
A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir.
Mənbə:
news24.az