İsrail 60 ildən sonra ən böyük əməliyyata başladı
24 Oct 2026, 20:53
3 baxış
Admin
İsrail iki hərbçisinin Hebron şəhəri yaxınlığında öldürülməsinə görə İordan çayının qərb sahilinə qoşun yeridib.
"Bakupost" xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
Məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahu artıq Hebron və Halhul şəhərlərinin bütöv məhəllələrinin mühasirəyə alınması və sakinlərin zorla köçürülməsi barədə qərar verib.
Netanyahu ordunun hücum edən şəxslərin gəldiyi məhəlləni tamamilə məhv edəcəyini və yenidən quracağını bəyan edib.
Baş nazirin sözlərinə görə, hazırkı genişmiqyaslı əməliyyatı yalnız 1967-ci ildə fələstinlilərin kütləvi şəkildə köçürülməsi ilə müqayisə etmək olar. Həmin vaxt fələstinlilərin yaşadıqları ərazilərdən 300 mindən çox insan köçürülmüşdü.
Qeyd edək ki, ötən gün iki fələstinli İsrail hərbi postuna atəş açıb. Nəticədə İsrailin 2 hərbçisi ölüb.
Mənbə:
bakupost.az